“Fars payızı”: mif, reallıq, yoxsa…

Aktual

21.10.2022 - 18:22

Tarix paradokslarla doludur

Bu ilin fevralında Ukraynaya qarşı hərbi təcavüzə başlayan Rusiya özü də bilmədən (ən azı nəticələrinin tam miqyasını təsəvvür etmədən) bütün dünyanı qlobal problemlər və fitnələr uçurumuna saldı. Son 8 ayda indi planetdə baş verən hansısa hadisələrdən asılı olmayaraq, onlar istər-istəməz Ukrayna çöllərində gedən qanlı döyüşlərin və Kremlin bombaları və raketləri altında dinc ukraynalıların həlak olmasının kölgəsində qalırlar.

Amma nə olursa olsun, müəyyən proseslər var ki, onlar öz əhəmiyyətinə və müddətinə görə hələ də diqqəti cəlb edir. İrandakı kütləvi iğtişaşları da bu cür proseslərə aid etmək olar.

Hər şey nədən başladı?

Hər şey sentyabrın 16-da İslam Respublikasının əxlaq polisinin Məhsa Əminini uyğun olmayan şəkildə hicab geyindiyinə görə həbs etməsindən sonra başlayıb. Qız polis bölməsində dünyasını dəyişib. Sadə insanların dediyi kimi - döyülməkdən. Rəsmi versiyaya görə - infarktdan. Amma hər halda, bu ölüm sadə iranlıların səbrini daşıran son damla oldu. İnsanlar küçələrə axışdılar.

Əvvəlcə bunlar zərərsiz, dinc etirazlar idi. Bəzi qadınlar çadralarını atıb, bəziləri xalqın gözü qarşısında yandırıb və ya hörüklərini kəsirdilər. Amma getdikcə, polislə digər güc strukturlarının nümayəndələri arasında olan qəddar və çox vaxt sadəcə qeyri-insani münasibətlər bunda mühüm rol oynadı, mövcud teokratik sistemin dəyişdirilməsi çağırışları, hətta “Xameneyiyə ölüm!” şüarları belə, səslənməyə başladı.

Hadisələr bundan sonra necə inkişaf edəcək? Nəticə nədir? İranlılar tam olaraq nə istəyirlər? Və əbədi sual: kimdir günahkar?

Sonuncudan başlayaq

1979-cu ildə İranda İslam inqilabı baş verdi və beş min illik tarixə malik sülalə hakimiyyəti süqut etdi. İran bütün nəticələri ilə teokratik dövlətə çevrildi. Qadınlara baş geyimi olmadan ictimai yerlərdə görünmək qadağan edildi. Əvvəlcə bununla bağlı xüsusi etirazlar yox idi. Lakin zaman keçdikcə narazılıqlar yaşanmağa başladı.

Amma əhalinin iqtisadi vəziyyəti də buna kifayət qədər təsir edirdi. İllərlə davam edən sanksiyalar və embarqolar hər gün çoxsaylı qadağalara getdikcə daha pis və məzlum bir məna verirdi. Yuxarıda başa düşdülər ki, əhali artıq ötən əsrin 70-ci illərinin sonlarında olduğu kimi deyil.

Xatəmi və Ruhaninin prezidentlik illərində düyünləri birtəhər açmaq cəhdləri olub. Lakin mühafizəkar Rəisinin hakimiyyətə gəlməsi ilə bütün ümidlər söndü. Hər yerdə qadın geyimlərinə tələblərin sərtləşdirilməsi, nəzarətin gücləndirilməsi çağırışları eşidilməyə başladı.

Xüsusilə bu məsələ Rəisinin ikinci müddətə seçilməsindən sonra gündəmdə idi. Amma nəsə səhv getdi, proseslər tam əks nəticə verdi. İndi isə şah rejiminin süqutundan 43 il sonra, 2022-ci ilin payızında iranlılar teokratiyaya son qoymaq istəyərək, kütləvi şəkildə küçələrə axışırlar. Baxmayaraq ki…

Bəs “Quran”?

1979-cu il noyabrın 15-də təsdiq edilmiş İran Konstitusiyasının preambulasında deyilir: “İran İslam Respublikasının İslami təsisatlara əsaslanan Konstitusiyası İran cəmiyyətinin təcəssümü olan mədəni, sosial, siyasi və iqtisadi institutlarını əks etdirir ki, onlar da İslam respublikası xalqının səmimi istəklərindəndir”.

Beləliklə, "İslam təsisatları". Bəs “Qurani-Kərim”in ayələri deyilsə, onda İslam təsisatları nədir? Tutaq ki, “Quran”  ayələrindən biri: “Dində məcburiyyət yoxdur” (“Bəqərə” surəsi, 256-cı ayə). "Heyrət!" kimsə İrandakı mövcud qadağaları xatırlayaraq qışqıra bilər.

Bəs qadınların baş örtüyünün tətbiqi ilə bağlı nə demək olar? Bu, Rəbbin sözünə zidd deyilmi? Yaxud daha iki ayə var ki, İslam dini bu ayələri əsas götürərək, ictimai yerlərdə həddi-büluğa çatmış yad kişilərin yanında qadınların baş örtüyü taxmasını vacib buyurur: “Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər!” (Nur surəsi, 31-ci ayə) və “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir”. (Əhzab surəsi, 59-cu ayə).

Göründüyü kimi, hər iki halda söhbət mömin qadınlardan gedir. Heç bir ayə yoxdur ki, mömin olmayanları baş örtüyü, hicab və ya başqa baş örtüyü taxmağa məcbur etsin. Bəs belə halda Konstitusiya və “İslam təsisatları” necə olsun?

Beləliklə, İslam bayrağını başları üzərində ucaldan iranlı ədalət mübarizləri nədənsə Məhəmməd peyğəmbərin özündən də üstün olmaq qərarına gəldilər ki, heç o da yeni yaradılmış xilafətin başçısı olarkən “Quran”ın bu cür sərbəst təfsirinə heç vaxt özünə rəva görmürdü. Və onun zamanında kiminsə arvadını, bacısını, qızını küçədə döyüb-öldürmürdü ki, nə var nə var, başlarına yaylığı səhv bağlayıblar.

Və əgər 1979-cu ildə despotik şah rejimi üzərində qələbənin eyforiyasında bu barədə praktiki olaraq heç kəs düşünmürdüsə, indi, demək olar ki, yarım əsrdən sonra iranlılar başa düşürlər ki, hakimiyyətin onlara təklif etdiyi heç də İslam deyil, daha doğrusu  14 əsr əvvəl Rəbbin nazil etdiyi İslam dini deyil.

Və nəticədə nifrət və etirazlar ətrafa yayıldı. İranlıların birdən-birə ateist və ya İslamın əleyhdarı olduqlarını iddia edənləri ciddi qəbul etməyin. Heç bir halda! İranlılar totalitarizm və diktaturaya qarşı, vicdan, söz və din azadlığı üçün küçələrə çıxırlar, eynilə İslamın həqiqi dəyərləri üçün də.

Belarus versiyası yoxsa ...?

Qeyd edək ki, Məhsa Əmininin kürd əsilli olmasının da rolu olub. İranda teokratik rejimin süqutunda maraqlı olan, əsasən xaricdəki bəzi qüvvələr hələ də bu kartdan məharətlə istifadə edirlər. Hüquq və asayiş qüvvələri ilə xüsusilə şiddətli toqquşmalar məhz kürdlərin və digər milli azlıqların (yeri gəlmişkən, ölkə əhalisinin 10 faizini kürdlər təşkil edir) ibarət kompakt mənşəli yerlərdə baş verir.

Bildiyiniz kimi, milli kart istənilən məsələdə çox güclüdür və əksər hallarda kozırdır. İstənilən prosesin milli alt mətni ən sadiq və loyal vətəndaşı belə, barrikadalara getməyə məcbur edə bilər.

Yeri gəlmişkən, burada xatırlatmaq yerinə düşər ki, İranda ən böyük milli azlıq (baxmayaraq ki, əslində çoxluqdurlar) azərbaycanlılardır. Və burada yenə obrazlı desək, hər şeyin kartın necə gələcəyindən asılıdır. 1979-cu il inqilabında da həlledici rolu məhz azərbaycanlılar oynamışdı. Və kim bilir, indi işlər necə gedəcək. Baxmayaraq ki...

Bu iğtişaşların və aksiyaların Tehran rejiminin süqutuna gətirib çıxaracağını əminliklə söyləmək düzgün olmazdı. Birincisi, iştirakçıların vahid mərkəzi rəhbərliyi yoxdur, bu mitinqlər, aksiyalar kortəbii xarakter daşıyır. İkincisi, İranda kifayət qədər güclü və müxtəlif dərəcəli çoxsaylı güc strukturları var. Silahsız insanlar cəsəraətli olsalar da, onlara qarşı çıxacaq heç bir şeyləri yoxdur.

Və çox güman ki, bu iğtişaşları Belarusdakı iğtişaşların taleyi gözləyir, o zaman Lukaşenko etirazları dəyənək və güllə ilə yatıra bildi. Və bu zaman “ərəb baharı” kimi “fars payızı”ndan danışmaq yersiz görünə bilər.

Ancaq tarix paradokslarla doludur. Xırda tacirin özünü yandırmasının Tunisdə totalitar rejimin süqutuna səbəb olacağını, sonra alovun Mübarəkin onilliklər boyu hakimiyyətdə olduğu Misirə sıçrayacağını kim ağlına gətirə bilərdi? Deməli, necə deyərlər, insan ümi edir, Allah isə... Sabah nə olacaq – bunu yalnız O bilir.

Müəllif: Fed Bakinski