Evlərindən pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

03.02.2023 - 12:59

Sumqayıtda mənzildən 15 min dollar və qızıl-zinət oğurlanıb

Sumqayıt şəhərindəki mənzillərin birindən 15 min ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o saxlanılıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az