Evlərə qənim kəsilmiş yeniyetmələr saxlanılıb

Xəbərlər

24.02.2020 - 11:35

Həkimlər Klinikalar SEO Xidməti

İki yeniyetmə saxlanılıb

 

Quba rayon sakini İskəndər Hacıyev cari ilin fevral ayının 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus rayonun Qələdüz kəndi ərazisində yerləşən bağ evinə naməlum şəxslərin oğurluq məqsədi ilə daxil olduqları barədə məlumat verib.

 

AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə qanunsuz daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı məlum olub.

 

RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməli rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub.

 

Həmin yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş