Ətrafımızı duman bürüyüb

Xəbərlər

30.03.2023 - 11:14

Dumanlı hava şəraiti günortayadək davam edəcək

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Bu, sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir

Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər dənizi üzərində formalaşan duman cənub-şərq küləkləri vasitəsilə quruya doğru hərəkət edib. Gündüz saatlarında havanın temperaturunun yüksək olması, gecə isə temperaturun aşağı enməsi (inversiya) nəticəsində yerə yaxın təbəqədə dumanın əmələ gəlməsinə səbəb olub.

Şabran, Cəfərxan, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 300-500 metrədək məhdudlaşıb.

Bildirilir ki, dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə