“Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir” - XİN başçısı

Siyasət

24.11.2022 - 19:21

Nazir üçtərəfli bəyanatın fundamental prinsiplərinin pozulduğunu deyib

“Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”.

AYNA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir:

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir”.

Müəllif: Ayna.az