Bu gün axtarış işləri Əsgəran, Hadrut və Cəbrayılda davam edəcək
Yanvarın 7-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 6 erməni hərbçinin meyiti Hadrut ərazisində tapılıb. AYNA-nın xəbərinə görə, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, cəsədlər Hadrut istiqamətində yolda aşkar edilib. Bu gün axtarış işləri Əsgəran, Hadrut və Cəbrayılda davam edəcək.
Qeyd edək ki, 13 noyabrdan 8 yanvar tarixinədək ümumilikdə 1194 erməninin cəsədi tapılıb.