Əlaqəli şəxslərin müəyyən edilməsi üçün ilkin araşdırma aparılır
Ermənistan Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə əlaqədar Ermənistanda cinayət işi açılıb. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bir qrup şəxs tərəfindən qətl planlaşdırılması, kompüter təxribatı və odlu silah və sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri açılıb.
Əlaqəli şəxslərin müəyyən edilməsi üçün ilkin araşdırma aparılır.
Xatırladaq ki, 18 mayda sosial mediada yayılan videoda avtomat silahlı şəxslərin Ermənistan və separatçı “Artsax” bayraqları fonunda Baş nazir Paşinyanı ölümlə hədələdikləri göstərilir.
Videoda onlar Paşinyana belə müraciət edirlər: "Hər şeyə görə cavab verəcəksən".
Baş nazir "Vətəndaş Müqaviləsi" Partiyasının seçki kampaniyası zamanı videoya münasibət bildirib. Hökumət başçısı onu təhdid edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.