Ermənistanda müxalifət Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edib

Dünya

09.05.2025 - 20:41

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.

AYNA.AZ Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Ovik Ağazəryan feysbukdakı səhifəsində məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etimadsızlıq votumu (impeçment) elan etmək proseduruna başlayırıq”, - o yazıb.

Ağazəryanın sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş