Ermənistana məxsus radiolokasiya stansiyası məhv edilib - VİDEO

Xəbərlər

19.09.2023 - 17:02

P-18 radiolokasiya stansiyası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib

Sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus  P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müəllif: Ayna.az