Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Dünya

20.12.2024 - 11:55

Həkimlər Klinikalar SEO Xidməti

“Bu proqramlar silahlı qüvvələrin fəaliyyətinin müxtəlif sahələrində onlarla tədbiri əhatə edir”

Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələləri üzrə məsləhətləşmələr aparılıb, sonra üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən qeyd olunub.

Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli, daha sonra isə Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli məsləhətləşmələr keçirilib. Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Məsləhətləşmələr zamanı müdafiə sahəsində əməkdaşlıq sahəsində 2024-cü il üçün işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib.

“Məsləhətləşmələrdən sonra Ermənistan-Yunanıstan ikitərəfli əməkdaşlıq və 2025-ci il üçün Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb ki, bu proqramlar silahlı qüvvələrin fəaliyyətinin müxtəlif sahələrində onlarla tədbiri əhatə edir”.

Tərəflər mütəmadi olaraq müdafiə məsləhətləşmələrinin keçirilməsinin vacibliyini vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş