Ermənistan ordusunun hərbçisi ölüb

Dünya

04.08.2022 - 17:49

Hərbçinin ölüm səbəbi hələlik məlum deyil

Ermənistan ordusunun hərbçisi ölüb. AYNA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ehtiyatda olan əsgər Atom Arutunyan (1978) 3 aylıq hərbi toplantı zamanı qəfil ölüb.

O, avqustun 3-dən 4-nə keçən gecə hələlik müəyyən olunmamış səbəbdən həyatını itirib.

Arutunyanın ölüm səbəbini aydınlaşdırmaq üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə