"Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"

Xəbərlər

24.09.2022 - 12:18

Nazirlik Ermənistanın dezinformasiyaları barədə məlumat yayıb

"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur".

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş