Rusiya XİN: "Biz Bakı və İrəvanla sıx təmasdayıq”
Ermənistan Azərbaycanla sərhəddəki gərginliyin nizamlanması üçün kömək istəyib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib
Bildirilib ki, Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət edilib.
"Biz Bakı və İrəvanla sıx təmasdayıq. Ümid edirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində sentyabrın 13-də Moskva vaxtı ilə saat 09.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək”, - deyə bəyanatda vurğulanıb.