AzTV İrəvanda Azərbaycan tarixi izini necə dağıtdığını araşdırıb
Qərbi Azərbaycanda, xüsusilə, tarixi Azərbaycan şəhəri olan İrəvanda maddi-mədəni irsimiz ermənilər tərəfindən məhv edilməkdədir. AYNA xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) “AZTV Xəbər” proqramında İrəvanın mərkəzindən hazırlanan reportajda maddi-mədəni nümunələrimizin necə məhv edildiyi barədə eksklüziv kadrlar yayımlanıb.
Çəkiliş qrupu Göy məscid, Zəngi çayı üzərindəki “Qırmızı körpü” və tarixi Təpəbaşı məhəlləsində olub. Ekskluziv kadrlarla hazırlanan reportajda ermənilərin Azərbaycan irsini nə qədər dağıtsa da, izləri tam silə bilmədiyi vurğulanıb.
Reportajda 1760-cı ildə İrəvan xanı Hüseynəli xanın tikdirdiyi Göy məscid haqqında məscidi son görənlərdən biri - Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa danışıb. Onun sözlərinə görə, Cənubi Qafqazdakı məscidlərin ən böyüyü vaxtilə Göy məscid olub. N.Mustafa Ermənistanda yeganə salamat qalan Göy məscidin niyə dağıdılmadığının səbəblərini sadalayıb.
Daha sonra ermənilərin vaxtilə azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsini necə məhv etdiyi kadrlarla sübut olunur.
Reportajda Azərbaycan maddi-mədəni irsinin məhvi ilə bağlı bir sıra faktlar əksini tapıb.
Daha ətraflı süjetdən izləyə bilərsiniz: