Separatçıların taleyinin bu gün həll olunacağı gözlənilir
Qarabağdakı qondarma rejimin keçmiş “rəhbərləri” - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan və Samvel Şahramanyan Ermənistana keçməyiblər. AYNA xəbər verir ki, bu barədə “Panorama.am” saytı məlumat yayıb.
“Dünən axşamdan sosial şəbəkələrdə və “Telegram” kanallarında danışıqlar nəticəsində “Artsax”ın üç “prezidentinin” təhlükəsiz şəkildə İrəvana çatdırılması barədə məlumatlar fəal şəkildə yayılır. Saytımıza daxil olan məlumata görə, “Artsax”ın keçmiş “rəhbərləri”, “hökumət” üzvlərinin əksəriyyəti, o cümlədən “təhlükəsizlik qüvvələrinin rəhbərləri” oradadırlar”, - deyə məlumatda vurğulanıb.
Məlumatda qeyd edilib ki, bu gün baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyanın taleyinin həll olunacağı gözlənilir.