Ərdoğan 46 rejim hədəfinə 122 fırtına (Ö.A.Q.) və 100 minaatanla zərbə endirildiyini vurğulayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki hücumla bağlı açıqlama verib. AYNA xəbər verir ki, Ərdoğan “Türkiyə bu hücumun cavabını qat-qat verib, verməyə də davam edir", - deyə bildirib.
R.T.Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında, təxminən 40 nöqtənin davamlı əməliyyat hədəfləri arasında olduğunu və bölgədə təyin olunan nöqtələrin həm fırtına özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edildiyini söyləyib.
Türkiyə Prezidenti saat 06:15-dən etibarən 46 rejim hədəfinə 122 fırtına (Ö.A.Q.) və 100 minaatanla zərbə endirildiyini vurğulayıb: “Ölkəmizin, millətimizin və İdlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Bu tərz alçaq hücumlarla Türkiyənin qərarlılığını sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar.” Ərdoğan, “Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmağımız mümkün deyil. Bunun hesabını soruşmağa davam edəcəyik. Nöqtəni qoyulmayacaq, eyni şəkildə əməliyyat davam edir və ilkin məlumatlara görə Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib”, - dey bildirib.
Ərdoğan Rusiya rəsmilərinə xitabən, “Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın”, - deyib.
Qeyd edək ki, Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına, yaralı hərbçilərdən birinin vəziyyəti ağırdır. Yayılan məlumatda o qeyd olunur ki, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq bu bölgəyə göndərilib: "Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən şiddətli top atəşinə tutulublar. Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Vəziyyət nəzarət altındadır və lazımı tədbirlər görülüb".