“Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”
İranın xarici işlər naziri Abbas Əraqçi çətin anlarda göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. AYNA.AZ-ın məlumatına görə, bu barədə nazir “X” sosial media platformasında yazıb.
“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”, - deyə Əraqçi vurğulayıb.