“Əlifba bayramı” ilə bağlı rəsmi açıqlama

Xəbərlər

22.04.2022 - 23:14

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır

Bu il məktəblərdə Əlifba bayramı keçirilməyəcək. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

“Yeni tədris proqramları, eləcə də təhsilə daha erkən başlama öyrənməni daha çevik edir. Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinifədək hərfləri öyrənə bilirlər. Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır”, - nazirlik rəsmisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş