Əli Əsədovla Fuat Oktay arasında telefon danışığı olub

Xəbərlər

29.03.2023 - 12:42

Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri müzakirə olunub

Bu gün Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Dövlət başçılarının tapşırıqlarının icrası məqsədilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində həyata keçirilən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri müzakirə olunub.

F.Oktay Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və bərpa-quruculuq tədbirləri barədə məlumat verib.

Müəllif: Ayna.az