Əli Əliyevin həbs müddəti uzadılıb

Xəbərlər

23.06.2022 - 12:33

VİP sədri daha 6 ay müddətinə azadlıqdan məhrum edilib

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub.

AYNA xəbər verir ki, hökmə əsasən VİP sədri daha 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Proses hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilib.

Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Müəllif: Ayna.az