Əhaliyə 23-25 yanvar xəbərdarlığı

Xəbərlər

22.01.2020 - 15:01

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti əhaliyə hava xəbərdarlığı edir. ETSN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü  şimal-qərb  küləyi  ilə əvəz olunacaq.

 

Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş