Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i keçib

Dünya

22.06.2022 - 16:58

"Taliban" hökuməti beynəlxalq yardım istədi

Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı 1000 nəfəri keçib. AYNA xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. 

Bildirilir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 1500-dən çoxdur. 

"Ərazinin relyefi çətin olduğundan xilasetmə işlərində durğunluq yaranıb. Qeyd olunur ki, "Taliban" hökuməti beynəlxalq yardım istəyib. Ölkədə belə böyük fəlakət yaşandığı təqdirdə başqa dövlətlərin yardımına ehtiyac duyulur. Bu cür nəhəng faciənin qarşısını almaq bizim üçün çətindir”, - "Taliban"ın fəlakətlərin idarə edilməsi üzrə naziri Şarafuddin Muslim söyləyib.  

Müəllif: Ayna.az