Əcnəbi seyrə elektrik təyyarəsi ilə çıxacaq

Maraqlı

19.06.2019 - 23:04

İbrahim Nəbioğlu: "Dünya hələ elektrikli avtomobilə keçməyə başlamayıb, ancaq Amerika artıq elektrikli təyyarələr sifariş edir"

 

Paris yaxınlığındakı La Burje (Burget) avia-salonunda tarixi bir anlaşma imzalanıb. AYNA xəbər verir ki, bu barədə tanınmış jurnalist, texniki elmlər namizədi İbrahim Nəbioğlu öz “Facebook” səhifəsində məlumat paylaşıb.

 

O bildirib ki, İsrailin "Eviation" şirkəti Amerikanın "Cape Air" aviaşirkəti üçün elektrikli təyyarə istehsal edəcək: "Doqquz yerli "Alice" adlı elektrikli təyyarənin bir ədədi 4 milyon dollardır. Alice bir şarjla 1000 km məsafə qət edə bilir".

 

"Dünya hələ elektrikli avtomobilə keçməyə başlamayıb, ancaq Amerika artıq elektrikli təyyarələr sifariş edir" - deyə İ.Nəbioğlu vurğulayıb.

Müəllif: Ayna.az