ABŞ-da timsah itə hücum etdi

Maraqlı

12.08.2019 - 14:35

"“Tank”ın şansı yox idi"

 

ABŞ-da Florida ştatında timsah itə hücum edib. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, Cynthia Robinson şəhərində yaşayan qadın səhər saatlarında  “Tank” ləqəbli 45 kiloqramlıq bir pitbul cnsindən olan itini gəzintiyə çıxarıb. Gölməçənin yanından keçərkən bir timsah onun ev heyvanına hücum edib.  Robinson hadisəni danışarkən belə deyib: "O, çox sürətli idi. İtimi tutdu və suya tərəf apardı. “Tank”ın şansı yox idi". 

 

Qadının sözlərinə görə, timsahın uzunluğu üç metrə yaxın idi. "Mən kömək etmək istədim, amma bu sürünən böyük idi. Mən bu qədər böyük timsahı heç vaxt görməmişəm”.

 

Florida Dövlət Qoruma və Təbii Sərvətlər Komissiyası tərəfindən göndərilən bir timsah tutan vasitəsi ilə sürünənin axtarışına başlanılıb.

 

Qeyd edək ki,  Missisipi timsahları Florida ştatında geniş yayılıb. Onların uzunluğu orta hesabla 3-4 metrə qədər və çəkiləri isı 200 kiloqrama qədər olur.

Müəllif: Ayna.az