Dünən törədilmiş 33 cinayətin üstü açılıb

Xəbərlər

08.01.2021 - 15:11

Borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılıb

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 33 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş