Dünən şəhid olan hərbçimiz dəfn olunub

Xəbərlər

06.03.2020 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Şəhidimiz Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb

 

Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər ilə vida mərasimi başa çatıb.

 

AYNA xəbər verir ki, 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadə Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.

 

Şəidlə vida mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon rəhbərliyi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Yaralı sərhədçi dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş