Dumanlı hava nə qədər davam edəcək?

Xəbərlər

05.03.2020 - 11:21

Həkimlər Klinikalar SEO Xidməti

Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır

 

“Bakıda müşahidə olunan qatı duman günorta saatlarından sonra nisbətən seyrələcək”. 

 

AYNA xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.

 

O bildirib ki, günün ikinci yarısında cənub-qərb küləyinin sürəti 15-18 metrədək artacaq: “Buna görə də hazırda müşahidə olunan qatı dumanın tədricən seyrələcəyi gözlənilir”. 

 

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət də 91 faiz civə sütunu olub.

 

AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Bu meteoroloji hadisə hazırda nəinki Abşeron yarımadası, həm də Xəzərin şimal akvatoriyasını əhatə edir. Duman, adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş