Stansiyanın adı “Emaar Properties Station” olacaq və hündürlüyü 74 metrə çatacaq
Dubayda Mavi xəttin genişləndirilməsi layihəsi çərçivəsində dünyanın ən hündür metro stansiyası inşa ediləcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, “Dubai Creek Harbour” rayonunda yerləşəcək stansiyanın adı “Emaar Properties Station” olacaq və hündürlüyü 74 metrə çatacaq.
Qeyd olunub ki, stansiyanın layihəsi ABŞ-ın “Skidmore, Owings & Merrill” memarlıq şirkətinə məxsusdur. Bu şirkət “Burc Xəlifə” layihəsinin müəllifi kimi tanınır. “Emaar Properties” stansiyasının layihəsi "kəsişən qapılar" konsepsiyasından götürülüb və 11 min kvadratmetr sahəni əhatə edərək gündə 160 min nəfərə qədər sərnişinə xidmət edəcək.