İsrail KİV: “İran əsilli şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib”
Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb. AYNA xəbər verir ki, bu barədə İsrailin "Ynet” portalı məlumat yayıb.
“İran əsilli şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”, - məlumatda qeyd olunub.