Dövlət Sərhəd Xidmətinin əsgəri özünü güllələyib

Hadisə

03.11.2022 - 12:51

Cinayət işi açılıb, istintaq aparılır

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş