Dövlət qulluğuna qəbulla bağlı test imtahanı proqramına dəyişiklik edilib

Xəbərlər

04.07.2023 - 18:36

AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib

Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib.

Proqram ilə linkdə tanış olmaq mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş