“Mən konkret nəticələr vəd edə bilmərəm, lakin...”
“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində bu ölkələr ilə daim əlaqə saxlayır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
"Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticələr vəd edə bilmərəm, lakin söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq", - o bildirib.
Dövlət Departamentinin sözçüsü dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları apardığını da xatırladıb.