Dörd ay ərzində 10 minə yaxın şəxsə əlillik təyin edilib

Xəbərlər

26.05.2021 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Onlardan 3 min 178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub

 

2021-ci ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb ki, onlardan 3 178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub. Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERA) tərəfindən əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

 

Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv və şəffaf şəkildə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş