DİN Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib

Cəmiyyət

05.11.2022 - 20:36

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizliyin təmin olunması məqsədilə bütün tədbirlər görüləcək

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.

DİN-dən AYNA-ya verilən məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət