DİM buraxılış imtahanları iştirakçıları arasında sorğu aparır

Xəbərlər

19.03.2026 - 20:42

Sorğuda martın 9 və 15-də buraxılış imtahanı vermiş şagirdlər iştirak edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9 və 15-də keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

DİM-dən AYNA.AZ-a bildirilib ki, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda martın 9 və 15-də buraxılış imtahanı vermiş şagirdlər iştirak edə bilərlər. DİM bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.

Şagirdlər “Sorğu bölməsində” iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adını müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş