Yarımçıq diaspor

Aktual

14.08.2020 - 19:00

Həkimlər Klinikalar SEO Xidməti

Diasporalarımız arasında nə baş verir?

Bir-birini təkzib edən ittihamlara cavab axtarmaqdayıq

Ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi təxribatın izlərini xaricdə tapmağa çalışarkən, İsveçdə yaşayan soydaşımız Rahim Telman Sadıqbəyli bildirdi ki, İsveçdə hazırda heç bir ermeni təxribatından söz gedə bilməz. Hazırda İsveçdə təribat törədən öz millətimizdən olanlardır: “Biz zamanlar bizim tərəfimizdən ( Babək Azad və mənim ) 2010-cu ildə yaradılmış, sonradan isə başqaları tərəfindən özününküləşdirilən İsveç Azərbaycanlılarının Konqresi adlı təşkilat var idi. 2013-cü ildən bugünə kimi müxtəlif maliyyə fırıldaqları ilə İsveç dövlətini aldadaraq, Azərbaycan adından bir milyon kron (təxminən yüz min dollara yaxın) vəsait əldə ediblər və yeyiblər, bir dənə də olsun, o vəsaitlərlə bir tədbir belə təşkil etməyiblər. Bu təşkilatın yalnız adı var. Həmin təşkilatı idarə edən Emil Mirzoyev adlı şəxs guya Heydər  Əliyev haqqında kitab yazıb. Həmin kitabda yazıçı Anarın Heydər Əliyev haqqında kitabının özüdür, bu adam həmin kitabı isveç dilinə yalnızca tərcümə etdirib, guya kitabı özü yazıb”

Soydaşımız onu da əlavə etdi ki, Emil Mirzoyev Ramiz Mehdiyevin zamanında Əli Həsənovdan pulla tərəqqi medalı alan şəxsdir: “ Bu insan bir kəlmə azərbaycan dilində danışa bilmir və Moskvada darmadağın edilmiş diasporanın indiki adamları ilə bunun əlaqəsi var. Amma indiyənə qədər də özünü elə aparır ki, guya bu adam çox böyük bir adamdı. Bir neçə müddət bundan əvvəl bununla bağlı biz İsveç dövlətinə müraciət etmişdik ki, bu təşkilatın adının olmasına baxmayaraq, özü mövcud deyil, heç bir fəaliyyətə malik deyil. Amma Emil Mirzoyev qeyd edib ki, guya bu təşkilatın  1500 nəfər üzvü var. Və İsveç dövləti bu təşkilat və bunlarla bağlı qərar qəbul ediblər. İki gün əvvəl isə bu qərar barədə bizə məlumat verdilər. İsveç dövləti bunların maliyyə fırıldaqlarını aşkarlayıb və araşdırmalar hələ də davam edir. İndi verilən qərarda isə yüz beş min kronu geri qaytarılması tələbi var və bildirilib ki, bundan sonra sizinlə heç bir iş birliyimiz ola bilməz, çünki bu qondarma bir təşkilatdı”

 

Rahim Sadıqbəyli vurğaldı ki, belə fırıldaqçılıqla məşğul olan diaspora nümayəndələrini ifşa etmək lazımdır: “Emil Mirzoyevin Rusiya ilə əlaqləri də qaranlıqdır. Eşitdiklərimizə görə, həmin adam Rusiyanın kəşfiyyat orqanları çalışır. Çünki bu adam bütün tədbirlərimizi boykot etməyə çalışır. Guya bu Ermənistan səfirliyi qarşısında tədbir təşkil edir, iki-üç nəfər adam toplayır,bizim böyük miqyaslı tədbirlərimizin qarşısını almağa çalışır. Bu adam hər zaman bizim tədbirlərimizə maneə törətmək üçün bütün yollara əl atır. Ümumiyyətlə bu insanın bizim diasporamızın  işinə mane olmaq kimi bir missiyası var. O adamın vaxtilə aldığı tərəqqi medalını da pulla əldə etdiyini bilirik. Çünki tərəqqi medalları adətən təntənəli sürətdə təqdim olunur.  Bunlar onu təntənəli sürətdə deyil, sadəcə bir qərarla alıblar”.

Konqresin idarə heyətində olan insanlar bu məsələyə necə baxırlar, nə deyirlər, nə düşünürlər? sualına Rahim Telman belə bir cavab verdi: “Konqresin nümayəndə heyəti ilə görüşdük. Onlar bizə bildirdilər ki, təşkilatın heç bir fəaliyyətindən xəbərləri yoxdur.  Son zamanlar heç bir protokol və sənədlərdən belə məlumatsızdırlar.  Heç bir dəfə də qurultaylar keçirilməyib. Deyir ki, iki min yeddi üzvümüz var, amma heç  iyirmi nəfər üzvümüz də yoxdur”.

“Emil Mirzəyev Gənc Azərbaycanlılar təşkilatını da darmadağın edib. Təşkilatın strukturunu  məhv edib. İş görən Azərbaycanlılara qarayaxmaqla, müxtəlif şər böhtanla parçalayıb”- deyə o vurğuladı.

Rahim Sadıqbəyli təşkilatın heç bir saytının olmamasını da bildirdi: “Fəaliyyət var ki, saytı da olsun?. Əvvəllər saytları var idi, bütün materiallar rus dilində idi. Biz İsveçdə yaşayırıq, sayta daxil olan düşünür ki, sanki biz ölkəmizi Rusiyada təmsil edirik. Azərbaycanlı olub, azərbaycan dilində bilməyən bir adam bu ölkədə Azərbaycanı necə təmsil edə bilər? Özünüz düşünün...

İsveç dövləti həmin vəsaiti o təşkilatlara veririk ki, onun üzvlərinin sayı mindən artıq olsun. Həmin təşkilatın isə heç iyirmi nəfər üzvü belə yoxdur. Bu adamın Konqresindı cəmi altı təşkilat var. Emil Mirzəyev altı təşkilatla İsveç dövlətindən 746 min kron vəsait alıb. Bu nə deməkdir? Bu fırıldaqçılıq, oğurluq deməkdir.

Onu da qeyd edək ki, təşkilata qarşı səsləndirilən ittihamları Rahim Sadıqbəyli ilə Babək Azad birgə səsləndirib və bu barədə öz youtube kanallarında da geniş müzakirə ediblər.

Deyilən ittihamlara cavab almaq üçün qarşı tərəfin də münasibətini almağa çalışdıq. İsveç Azərbyacnlılarınn Konqresi təşkilatının rəhbəri Emil Mirzəyev irəli sürülən ittihamlarla razılaşmadığını bildirdi: “Babək Azad əlli illdir burda yaşayır və o adam depressiyadadır. Bu adam ruhi xəstəlik adıyla İsveç hökumətindən illərdir pul alır. O həmin xəstəliyinə görə İsveç dövlətindən vəsait alır. Özünü jurnalist kimi sırıyan Rəhim adlı biri ilə birgə həmin Babək Azad dəfələrlə konqresdən hara gəldi şikayətlər edirlər. Biz Konqresin qərarı ilə 2013-cü ildə bunların ikisini də Konqresdən qovmuşduq. Biz təşkilat İsveç qeydiyyatdğından keçmiş ən varlı təşkilatlar sırasındadır. İsveç dövləti bizə pul ayırır. Onların İsveç dövlətinin çıxardığı qərara qarşı verdikləri reaksiyalar yalnız onların öz fantanziyalarından irəli gəlir. Dedikləri hamsı uydurmadır. Bir ara Rahim ortaya düşmüşdü, indi bu Babək ortaya düşüb, Rahim qırağa çəəkilib. Onun adı da heç  Babək deyil, onun adı Əli Səiddir. Əslən İranlıdır, yoldaşı da nəyə qulluq edir məlum deyil”.

“İsveç dövlətinin çıxardığı qərara gəldikdə, onlar heç işin əsil mahiyyətini bilmirlər. İsveç dövləti hər il təşkilatlara pul ayırır. Həmintəşkilatlar da iş görməlidir. Məsələn, bizdə otuz iki dənə dərnək mövcuddur.  Onlar hər hansı iş görməyən zaman onlara ayrılan pulları biz geri qaytarmalı oluruq. Bunlar o qədər savadsızdırlar ki, o qərarən mənasını da bilmirlər, əlinə alıb danışırlar. Mən ali təhsilli insanam. Mənim öz şirkətim də var, özüm də dövlət işində çalışıram. İsveç elə bir dövlətdir ki, mən burda hər hansı qanunsuz bir iş görsəydim, mənə cəza kəsərdilər. Onlar İsveç hökumətinə məndən o qədər anonim məktublar yazıblar ki..  Hökumət də məni ildə üç dəfə yoxlayıb. İndi artıq heç bir yoxlama aparmırlar, gülüb,  keçirlər. Məsələn, burda siz kimdənsə şikayət edirsinizsə, birinci şikayət edəni, yəni sizi yoxlayırlar, sonra isə kimdən şikayət edilibsə, o adamı yoxlayırlar. Onlar Konqresə məndən nə şikayətlər yazıblarsa, hamsının bir nüsxəsi də mənim özümdə var. Yəni, bunlar hamsı boş-boş söhbətlərdir.  Bu birinci dəfə deyil, onlar keçən il də böyük bir video şəklində məndən yazıb, danışmışdılar. Yəni bu onların ilk işi deyil.

Rəhim gah müxalifətlik edir, gah film çəkir. Bunların nə işlə məşğul olduqları aydın deyil. Həmin Əli Səid bizim prezidentimizin şəklini çıxarıb, İsveç küçələrinə yapışdırdıqlarını dəfələrlə görmüşəm. Başqa dövlətdə yaşayıb, öz dövlətində boş-boş yazıb, danışmağı satqınçılıq kimi qəbul edirəm. Hərənin bir əqidəsi ola bilər, mənim də təşkilatəmda Elçibəyi sevənlər var. Amma 75 faiz insanlar, biz prezidentimizə sadiq adamlarıq.

Onlar burda heç bir vergi belə ödəmirlər. Rəhim bir dəfə mənə zəng elədi ki, mənə bir az pul ver. Yəni bunlar simasız, heç nəyə nail ola bilməyən adamlardır.  Bizim Konqresdə həkimlər, müəllimlər var. Özüm hüquqşunasam.  Biz heç kimdən asılı olmayan bir təşkilatıq. Düzdür, mənim Fuad Muradova böyük hörmətim var, amma biz heç Diasporadan da asılı təşkilat deyilik. Biz burda cənab prezidentin əsgərləriyik. Biz burda altı, yeddi min euro maaş alırıq. Bizim heç nəyə ehtiyacımız yoxdur.

“Rahim Sadıqbəylinin iddia etdiyi kimi Emil Mirzyev İsveç dövlətindən aldığı vəsait hesabına Heydər Əiyevlə bağlı kitab çıxartdırıb. Həmin kitab yazıçı Anarın kitabıdır, o sadəcə  həmin kitabı İsveç dilinə tərcümə etdirib. Bu iddiaya münasibətini bildirən Emil Mirzəyev qeyd etdi ki, bu, da onların yaanlarından biridir. O kitabı da biz özümüz yazmışıq. Anar müəllimə böyük hörmətim var, biz o qədər də savadsız deyilik ki, kitabı götürüb sadəcə tərcümə etmək adıyla ortaya çıxaraq. Əgər o tərcümə olsaydı, elə birinci Anar müəllimin özü bu haqda deyərdi.

Konqresin sədrinə üzvlərinin sayı barədə sual ünvanladıq və o bildirdi ki, konqresin üzvləri həddindən artıq çoxdur. Sadəcə olaraq burda belə bir qanun var ki, mən onların ad və soyadlarını açıq-aşkar kimlərəsə verə bilmərəm. 2453 nəfər qeydiyyatdan keçib. Əgər ilin sonuna kimi üzvlük haqqın ödəmirsənsə, konqresdən uzaqlaşdırılırsan. Bizdə iqtisadiyyat, incəsənət, sosial və s bütün sahələr üzrə üzvlərimiz var. Bizim mətbuat xidmətimizin katibi ingilis, ərəb və bir çox dilləri bilir”.

Reyxstaqda yeganə biz, Konqres olaraq 2012-ci ildə Xocalı məsələsini qaldırmışdıq. O zaman deputat Mehman Taplan adlı bir şəxs var idi. Həmin insanla Xocalı məsələsini qaldırmışdıq. Həmin Rəhimə görə adam istefa verib, getdi. 2016-cı ildə Rəhim Türkiyənin diasporasının müavini ilə birgə Qarabağla bağlı mitinq etməyə çalışdılar və mən də dedim ki, bura İsveçdir, buranın öz qanunları var. Həmin mitinqdə onlar erməniləri öldürün kimi şuarlar səsləndirirdilər, mən də razıyam, amma elə şeylər var ki, İsveçdə onları demək olmaz. Hər ölkənin öz qanunları var.

Emil Mirzəyevdən Konqresin saytı barədə də məlumat aldıq.  O bildirdi ki, hazırda saytın faəliyyəti dayandırılıb, çünki biz saytın daha çox isveç dilində yayımlanmasını istəyirik, yaxın zamanda sayt yenidən istifadəyə veriləcək. Biz Konqresin fəaliyyətində könüllü olaraq çalışırıq.

Ermənilərin diasporası ilə bizim çox problemlərimiz olur. 2016-cı ildəki döyüş zamanı biz böyük bir çıxışlarla öz sözlərimizi çatdırdıq. 2018-ci ildə Azərbaycana gələn zaman İqor Nalbadyan adlı erməninin mallarının Azərbaycanda satıldığın gördüm. Hansı ki, həmin şəxs İsveçdə çox imkanlı iş adamıdır. Və onunla bağlı XİN və Diasporamıza müraciət etdim. Bugünə qədər mən həmin erməniylə burda vuruşuram. Amma onun istehsal etdiyi mallar Azərbaycanda satılır.

Biz İsveçlərə özümüzü savadımızla, intellektual səviyyəmizlə  göstərməliyik. Onlar gəlib, burda bizləri biyabır edir. Rəhim burda üç dəfə geydirmə evlilik yaşayıb.  Bu adam iyirmi ildir ki, burdadır, heç bir işə sahib deyil. Onun işi burda müxalifətçilər bir iş görən kimi şəkillərini çəkib, Azərbaycana ötürməkdir. Adama sual verərlər ki, sizə nə, kim nəylə məşğuldur, sizə nə?.

Özünü Babək adlandıran şəxs azı otuz ildir ki, ruhi xəstəlik adıyla İsveç dövlətindən pul alır. İldə bir dəfə müayinəyə gedir. Yəni xəstə insanlar heç özləri bilmirlər, nə danışırlar.

Məsələylə bağlı Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bütün bu ittihamlardan və soydaşlarımız arasında gedən mübarizədən xəbərdardırlarmı deyə sual ünvanladıq. Mətbuat xidmətindən bildirildi ki, bununla bağlı araşdırma aparılacaq və yaxın zamanda bütün suallarımıza aydınlıq gətiriləcək...

 

https://www.youtube.com/watch?v=a0mbfGuDYRw&feature=youtu.be – Rəhim Sadıqbəylinin ttihamları-

https://www.youtube.com/watch?v=e9i_PZX6Sac&feature=youtu.be&fbclid=IwAR3WQV2ypiiyUjboI2o1m0VVSu8sRJitfheyivt3cFW09zx31qczJcUkhws – Babək Azad ittihamları

https://ru.m.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%BE-%D1%88%D0%B2%D0%B5%D0%B4%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%BE%D1%82%D0%BD%D0%BE%D1%88%D0%B5%D0%BD%D0%B8%D1%8F – Emil Mirzəyevin göndərdiyi

https://www.kaspiy.az/news.php?id=112255#.XzW01ygzbIW- Emil Mirzəyev

https://vesti.az/politika/v-azerbajdzhane-realizuetsya-produkciya-armyanskoj-semi-eksklyuziv-opasnost-taitsya-v-drugom-foto-381019- Emil Mirzəyev

https://www.facebook.com/watch/?v=2674805319196827- Emil Mirzəyev

Müəllif: Ülviyyə Şahin