Dövlət başçısı SOCAR-la bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub. Bu barədə AYNA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən məlumat verilib.
Məlumata görə, bu vəzifəyə “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov təyin edilib. O, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra edəcək.
“Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə hələlik təyinat olmayıb.