Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib

Xəbərlər

08.08.2022 - 11:21

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, batma təhlükəsi ilə üzləşən şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", “Görədil” və "Astara" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən xilas olunublar.

Müəllif: Ayna.az