Daşaltıda turizm kompleksləri tikiləcək

Xəbərlər

23.04.2022 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

“Bu komplekslər Şuşanın turizm potensialına xüsusi töhfə verəcək”

“Şuşanın girişində, Daşaltı kəndində turizm kompleksləri tikiləcək”. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Aydın Kərimov deyib ki, artıq turizm komplekslərinin tikintisinə başlanıb: “Bu turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Bu komplekslər Şuşanın turizm potensialına xüsusi töhfə verəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş