Daha 97 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə edilir

Xəbərlər

13.09.2020 - 14:59

Təxliyə olunacaq şəxslər koronavirusla bağlı test veriblər

 

Gürcüstandan  daha 350 nəfər Azərbaycana təxliyə edilir. AYNA-nın xəbərinə görə, bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki,  təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.

 

Təxliyə olunacaq şəxslər bu gün Marneulidəki klinikalardan birində koronavirusla bağlı test veriblər. Test cavabı neqativ olan şəxslər sentyabrın 14-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

 

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan  2500-dən  çox azərbaycanlının  təxliyəsi həyata keçirilib.

Müəllif: Ayna.az