Daha 10 şagirddə və bir təhsil işçisində COVID-19 aşkarlanıb

Aktual

29.09.2020 - 14:40

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlanıb

 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb. Nazirlikdən AYNA-ya verilən məlumata görə, sentyabrın 28-də 15 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

 

“Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı bir olub. 10 şagirddə, bir işçi heyətdə isə koronavirus aşkarlanıb”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 203 şagird və 58 nəfər işçi koronavirusa yoluxub. Distant təhsilə keçən siniflərin sayı yeddidir.

Müəllif: Ayna.az