COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

04.07.2023 - 17:34

Azərbaycanda son sutkada koronavirusa qarşı 192 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 192 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 967 420, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 109, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 521, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 303 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş