Azərbaycanda son sutkada koronavirusa qarşı 942 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 942 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 900 619, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 401, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 536, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 262 330 nəfər təşkil edir.