Bir gündə 1190 nəfərə peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1190 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 212, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 648, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 82 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 882 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 244, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 375 569, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 261 144 nəfər təşkil edir.