Bir gündə "buster" doza üzrə 123 nəfər vaksinasiya olunub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 664 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 539, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 780, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 875 482, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 372 127, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 260 558 nəfər təşkil edir.