COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

22.06.2022 - 17:44

Bir gündə 1523 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1523 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 260, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 941, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 133 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 756 444, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 614, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 302 691, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 248 406 nəfər təşkil edir.

Müəllif: Ayna.az