Çində koronavirusla mübarizəyə 10 milyard ayrıldı

Dünya

10.02.2020 - 00:55

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Çin yeni növ koronavirusa qarşı mübarizə məqsədilə 71,85 milyard yuan (10,26 milyard dollar) vəsait ayırıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi məlumat yayıb. Vəsait diaqnostika və müalicənin təmini, bölgələrdə virusa qarşı mübarizəyə sərf ediləcək.

 

Qeyd edək ki, ötən il dekabrın 31-dən Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus 803 nəfərin həyatına son qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş