Çin Tayvandan bəzi məhsulların idxalını dayandıracaq

Dünya

03.08.2022 - 09:02

Çin Tayvana qarşı sanksiyaların tətbiqinə başlayıb

Çin avqustun 3-dən Tayvandan bəzi məhsulların, o cümlədən sitrus bitkilrinin və balıq məhsulunun iki növünün idxalını dayandıracaq.

AYNA xəbər verir ki, bu barədə Çin Xalq Respublikası gömrüyü məlumat yayıb.

Pekin hakimiyyəti həmçinin “Tayvana dəstəyə və Çinə böhtana görə” ada ölkənin iki fonduna qarşı sanksiyalar tətbiq etib.

Söhbət Tayvan demokratik fondundan və Beynəlxalq əməkdaşlıq və inkişaf fondundan gedir.

Müəllif: Ayna.az