Xarici işlər nazirləri martın 22-də Tokioda görüşməyi planlaşdırırlar
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri martın 22-də Tokioda görüşməyi planlaşdırırlar. AYNA-nın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, tədbirin proqramı yekun təsdiqlənmədən keçir.
Qeyd olunub ki, Tokioda xarici işlər nazirləri və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yüksək Səviyyəli Yaponiya-Çin İqtisadi Dialoqu”nun keçirilməsi də planlaşdırılır.
Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər. Çinin xarici işlər naziri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edəcək. Son zamanlar iki ölkə arasında münasibətlərdə dialoqun intensivləşməsinin əlamətləri müşahidə olunur. Pekin və Tokio nümayəndələri arasında əlaqələr 2024-cü ilin noyabrında Peruda keçirilən beynəlxalq konfransda Çin lideri Si Cinpin və Yaponiyanın Baş naziri Şiqeru İşiba arasında keçirilən görüşdən sonra xüsusilə aktivləşib.