Çilidə seçkilərdə iştirak etməyən vətəndaşlar cərimələnəcək

Dünya

15.07.2025 - 11:54

Seçkilərdə səs verməyən çilili 34-216 dollar arasında cərimələnəcək

Çili Parlamentinin aşağı palatası seçkilərdə iştirak etməyən ölkə vətəndaşlarının cərimələnməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qanuna əsasən, seçkilərdə səs verməyən çilili 34,4-206,7 min peso (34-216 dollar) arasında cərimələnəcək.

Sənəddə vurğulanıb ki, üzrlü səbəbdən, xüsusən də səhhətinə görə seçkilərdə iştirak etməyənlər cəzalandırılmayacaq.

Eyni zamanda, seçkilərdə iştirak edən çilililər müəyyən dövlət xidmətlərindən üstünlük əldə edə biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş